- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Bu gün premyer liqada 10-cu tur başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul etdi.
İlk dövrədəki oyun təxirə salındığından, bu tərəflərin ölkə çempionatında ilk görüşü oldu. “Köhlən atlılar” 3 xalı sonda qazansa da, qələbə çətinliklə başa gəldi.
İlk yarıda zədə səbəbindən Pedro Enrikeni, həmçinin qırmızı vərəqə alan Ansi Aqollini itirən meydan sahibləri 90-cı dəqiqədə Əfran İsmayılovun zəribə zərbəsindən mükəmməl qolu ilə sevindilər.
Matçın gedişində baş hakim Rəvan Həmzəzadə bir neçə qərəzli qərarı ilə yadda qaldı.