“Qarabağ” – “Tottenhem” matçı günündə metro saat 01:00-dək işləyəcək

Bakı Metropoliteni noyabrın 26-da gecə saat 01:00-dək işləyəcək. Allsport.az saytının məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da “Tottenhem”i (İngiltərə) qəbul edəcək “Qarabağ” klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.

Ehtiyac olacağı təqdirdə, bu müddətin daha da uzadıla biləcəyi əlavə edilib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” matçı saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan