- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Kayrat” klubunun baş məşqçisi Qurban Berdıyev konfrans liqasının 3-cü turunda “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.
Allsport.az Berdıyevin açıqlamalarını təqdim edir:
– Bakıya hansı məqsədlə gəldiniz? Qazanmaq sizin üçün vacibdir, yoxsa heç-heçə də məqbul nəticə hesab olunur?
– Deməzdim ki, heç -heçəyə gəlmişik. Hazırda həm “Qarabağ”a, həm də bizə qələbə lazımdır.
– “Kayrat” sabah “Qarabağ” ı necə məğlub etmək istəyir?
– Taktika haqqında danışırıqsa, düşünürəm ki, bu mətbuat konfransı üçün bir sual deyil.
– “Qarabağ”ın məğlubiyyətsiz seriyası var. Bu oyunçularınıza nə qədər təsir edir, onları təşviq edirmi?
– Bəli, əlbəttə ki, təşviq edir. “Qarabağ” uzun illər Azərbaycan futbolunun lideri olub. Bu kifayət qədər təcrübəli komandadır. Düşünürəm ki, oyun maraqlı olacaq.
– KİV Vagner Lavın oynamayacağını yazır…
– Təəssüf ki, Vaqner Bazeldə zədələndi və cəmi 2-3 məşq üçün ümumi qrupda məşq etdi. Lakin onun oyunda iştirakı olduqca mümkündür.