- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinin son turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Allsport.az saytı xəbər verir ki, bununla, Braziliyanın “Şapekoense” komandasının bir neçə gün öncə Kolumbiyada faciəvi təyyarə qəzasında həyatını itirən əməkdaşlarının və futbolçularının xatirəsini yad ediləcək.
Bu barədə UEFA qərar qəbul edib. Qərara əsasən, Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ”la “Qəbələ” klublarının da oyunları bir dəqiqəlik sükutla start götürəcək.
Qeyd edək ki, dekabrın 8-də “Qarabağ” doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək, “Qəbələ” səfərdə Almaniya “Maynts”ı ilə qarşılaşacaq.