- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa liqasının qrup mərhələsinin 5-ci turu üçün təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin oyunlarının hakim də müəyyənləşib.
Bakıda Belçika “Anderlext”i ilə qarşılaşacaq “Qəbələ”nin oyunu ukraynalı hakimlərə tapşırılıb. Belə ki, baş hakim Yevgeni Aranovski olacaq. Ona yan xətt hakimləri Sergey Bekker və Aleksandr Vortyuk kömək edəcək. Dördüncü hakim funksiyasını Semyon Şkonçak yerinə yetirəcək. Qapı xəttində isə Anatoli Abdula və Anatoli Jabçenko duracaq. “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Anderlext” matçı noyabrın 24-də, saat 20:00-da start götürəcək.
Çex Respublikasında “Slovan”ının qonağı olacaq “Qarabağ”ın oyununda isə isveçli hakimlər çalışacaq. Baş hakim Stefan Yohannesson olacaq. Ona yan xətt hakimləri Frederik Nilson və Mehmet Çulum kömək edəcək. Dördüncü hakim funksiyasını Maqnus Seblom yerinə yetirəcək. Qapı arxası hakimlər isə Andreas Ekberq və Kristofer Karslon təyin olunub. “Slovan” – “Qaraba” matçı noyabrın 24-də Liberetsdə keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.