- Baxış sayı: 155
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Çex Respublikasının “Viktoriya” klubları arasında keçiriləcək cavab matçının biletləri iyulun 30-dan etibarən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, ilk gündəcə 9 000 bilet alınıb.
Satış sabah saat 10:00-dan etibarən davam edəcək. Qeyd edək ki, həm havaların isti keçməsinə, həm də oyuna maraq böyük olduğuna görə, kassalar axşam saat 20:30-a qədər işləyəcək. Öncədən, 20:00-a kimi işləyəcəyi bildirilirdi.
Qısa zamanda kassaya yaxınlaşıb bilet almağınız daha uyğundur. Qarşılaşmaya olan marağı nəzərə alaraq biletlərin erkən tükənmə ehtimalı yüksəkdir.