- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 333
- Mart 30, 2026
- 0

Avropa liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” -“Vorskla” (Ukrayna) oyunundan mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub.
Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov oktyabrın 24-ü Bakı olimpiya stadionunda saat 14:00-da KİV önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:15-də baş tutacaq. İlk 15 dəqiqə mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 17:30-da Bakı olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyun öncəsi son məşqi isə saat 18:00-da başlayacaq.