- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ardıcıl 3-cü dəfə ölkə çempionu olan “Qarabağ” klubu yay hazırlıq planı müəyyənləşib. Allsport.az saytının məlumatına görə, bu gün Azərbaycan kubokunun final matçına çıxacaq komanda, sonra istirahətə buraxılacaq. Baş məşqçi Qurban Qurbanov heyəti iyunun 16-da yenidən bir araya toplayacaq.
Elə həmin gün “göy-ağ”lar Avstriyaya yola düşəcəklər. Mütəxəssis son 2 ildə olduğu kimi, yenə eyni məkanı seçib. Çempion Zalsburq şəhərinin yaxınlığındakı Kössen qəsəbəsində məskunlaşacaq. Baş məşqçi orda 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
Toplanış müddəti Çempionlar Liqasının püşkatmasından asılı olacaq. Belə ki, komandamız ilk görüşünü evdə keçirməli olsa, qarşılaşmadan ən azı bir həftə əvvəl Bakıya qayıdacaq. Yox, əgər ilk oyun səfərə salınsa, o zaman komandamız Avstriyadan birbaşa həmin ölkəyə yollanacaq.