- Baxış sayı: 135
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 135
- Dekabr 05, 2025
- 0

Avropa Liqasının qrup mərhələsində dördüncü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”la birgə J qrupunda yer alan “Tottenhem” (İngiltərə) və “Anderlext” (Belçika) klubları da növbəti matça çıxıblar.
Sözügedən klublar Londonda üz-üzə gəliblər. Matç İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Qarabağ” yenidən qrupunda sonuncu pilləyə düşüb: “Tottenhem” – 7, “Monako” – 6, “Anderlext” – 4, “Qarabağ” – 4.