- Baxış sayı: 8
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
UEFA-nın nəzarət, etika və intizam komitəsi “Qarabağ”ın konfrans liqasındakı rəqiblərindən olan Kipr “Omoniya”sını cərimələyib.
Allsport.az xəbər verir ki, Avropa futbol qurumundan “report”a verilən məlumata görə, buna Nikosiya təmsilçisinin azarkeşlərinin evdə Ağdam klubuna qarşı keçirilmiş qrup oyununda meydana yad əşyalar atması səbəb olub.
Nəticədə kluba 3 750 avro məbləğində cərimə kəsilib. “Omoniya” qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.
İnsident “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 52-ci dəqiqəsində baş verib. “Köhlən atlar”ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.