- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Şotlandiyanın “Aberdin” klubunun prezidenti Deyv Kormak “Qarabağ”a qarşı keçirdikləri UEFA konfrans liqasının pley-off oyunlarını yada salıb.
Allsport.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib.
O bildirib ki, komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləmək düzgün deyil: “Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, “Aberdin” 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi”.
Bakıdakı ilk oyunda “Aberdin”i 1:0 hesabı ilə məğlub edən “Qarabağ” cavab matçında inamlı qələbə qazanmışdı – 3:1.