- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 508
- Mart 30, 2026
- 0

Konfrans liqasının qrup mərhələsində “Qarabağ”a məğlubiyyətdən sonra (1:2) Qazaxıstanın “Kayrat” klubunun azarkeşləri komandanın baş məşqçisi Qurban Berdıyevin istefasını tələb edirlər.
Allsport.az xəbər verir ki, “Kayrat”ın azarkeşləri klub rəhbərliyindən 69 yaşlı türkmən mütəxəssisin istefaya göndərilməsini istəyirlər. Onlar komandanın əvvəlki baş məşqçi Aleksey Şpilevskinin geri qaytarılmasını tələb edirlər.
“Qarabağ” konfrans liqasının “H” qrupunda 7 xalla 2-ci, “Kayrat” isə 1 xalla 3-cü sırada yer alıb.