- Baxış sayı: 81
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 81
- Dekabr 05, 2025
- 0

Avropa liqasının pley-off mərhələsində “Qarabağ” Varşavada “Legiya” ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Polşada yaşayan azərbaycanlılar bu oyuna görə bir yerə yığılıblar.
Ağdam klubu hoteldən stadiona yollanarkən həmyerlilərimiz futbolçuları böyük dəstək göstəriblər. Onlar Qarabağ, Azərbaycan şüarları səsləndirib, Azərbaycan-Türkiyə bayraqları dalğalandırıblar.
UEFA-nın qərarına əsasən, stadionun ətrafına da kənar şəxslər buraxılmayacaq. Bu səbəbdən həmyerlilərimiz matçı Varşavadakı Azərbaycan evindən izləyəcəklər.