- Baxış sayı: 3
- 25 Noyabr 2024 19:46
- Baxış sayı: 13
- Noyabr 25, 2024
- 0
Bu gün “Səbail” premyer liqanın 13-cü turunda Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ”a 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaq komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyət barədə bunu deyib:
“Bu gün oyuna hücumçusuz başladıq. İstəyirdik ki, ilk dəqiqələrdə “Qarabağ”ın təzyiqinin qarşısında dayanaq, tez qol buraxmayaq. Qol tez oldu. Pedro Nuno epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı.
“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Gözləmirdik ki, onlar meydana əsas heyəti ilə çıxacaq. “Qarabağ”ın bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına çox çətindir.
“Qarabağ”a qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər.
Rotasiya etməyə imkan yox idi. İlk yarıya hücumçumuz çıxdıq. Ona görə ilk yarıda hücumda oyunumuzu tuta bilmədik. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadıq. İrəli baxmalıyıq. Qabaqda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik”.