- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az sayt xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ” – “Səbail” matçında meydan sahibinin heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub.
“Keşlə” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Sabah” matçında debütantın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Topaz premyer liqasının 8-ci turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “qara-qırmızılar”dan futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. “Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” tərəfindən ödənilsin.