- Baxış sayı: 167
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 167
- Dekabr 05, 2025
- 0

Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, müdafiəçinin yubileyi premyer liqanın 13-cü turuna təsadüf edib. “Sabah”la matç (5:1) onun üçün əlamətdar olub.
Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, premyer liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.
“Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.