- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 5-ci turunun “Qəbələ” ilə görüşü (4:1) “Qarabağ”ın 2 futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Filip Ozobiçlə Şahruddin Məhəmmədəliyev çempionatda 50-ci oyununu keçiriblər.
Azərbaycanda 2016/17 mövsümündə debüt edən xorvatiyalı tarımmüdafiəçi 2 klubda forma geyinib. O, “Qəbələ”də 46 oyunda 16 top vurubsa, bu yay keçdiyi “Qarabağ”da 4 qarşılaşmada 1 dəfə fərqlənib.
Məhəmmədəliyevin premyer liqada debütü isə 2013/14 mövsümündə gerçəkləşib. O, 33 matçda 50 qol buraxdığı “Sumqayıt”dan “Qarabağ”a 2016-cı ilin əvvəlində keçib. İndiki klubunda qapıçı 17 çempionat matçında 8 dəfə topu qapısında görüb.