- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Topaz premyer liqasının ilk turundan təxirə salınan “Qarabağ” – “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.
Allsport.az saytı xəbər verir ki, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.
Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan ağdamlılar 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb.