- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 14-cü turu “Qarabağ”ın 2 futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu ölkə çempionatında 25-ci qolunun sevincini yaşayıb.
Hamısı “Qarabağ”ın heyətində olmaqla 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudur.
42-ci dəqiqədə fərqlənən hücumçu isə premyer liqada 25-ci qolunu 90-cı matçında qeyd edib. Bütün qollarını “Qarabağ” formasında rəqib qapısından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.
“Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun komandası mövsümün ən böyük hesablı qələbəsini qazanıb.