- Baxış sayı: 25
- 02 Aprel 2025 16:23
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Azərbaycan kubokunun iyunun 2-də keçiriləcək final oyunu öncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Qarabağ” və “Zirə” arasında keçiriləcək görüşdən bir gün əvvəl yalnız bir komanda açıq məşq edəcək. Bakı klubunun media üçün açıq məşqi saat 18:00-da start götürəcək. “Qarabağ” isə açıq məşq etməməyə qərar verib.
Nominal meydan sahibi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq. “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlər önünə 17:30-da çıxacaq.