- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Bu gün Azərbaycan premyer liqasında 8-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib.
“Qarabağ” səfərdə “Səbail”in qonağı olub. “ASCO arena”da oynanılan matçda Ağdam təmsilçisi gözlənilmədən uduzub – 1:3. Bununla da “köhlən atlar”ın mövsüm 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Azərbaycan premyer liqası, 8-ci tur
19:00. “Səbail” – “Qarabağ” – 3:1
Qollar: Nikolas Raysel, 32 (1:0), Mirsahib Abbasov, 42 (2:0) , Kadi Borqes, 65 (2:1), Turan Manafov, 90+1 (3:1)