- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

“Qarabağ”ın bu yay yola saldığı Reynaldo Silvanın yeni iş yeri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, braziliyalı futbolçu karyerasını Qazaxıstanın “İrtış” klubunda davam etdirəcək. O, 2013-2016-ci illərdə “köhlən atlılar”da çıxış edib.
Reynaldo bir müddət Türkiyə (“Adanaspor”), Slovakiya (“Spartak”, Trnava) və Qazaxıstanda (“Aktobe) oynadıqdan sonra, ötən mövsümünün 2-ci yarısında yenidən Ağdam komandasına qayıtmışdı.