- Baxış sayı: 4
- 25 Noyabr 2024 13:46
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.
Qurban Qurbanovun komandası Azərbaycan premyer liqasının XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.
Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.