“Qarabağ”ımız “Roma”ya ciddi müqavimət göstərsə də, sonda kiçik fərqlə yenildi

Bu gün çempionlar liqasının “C” qrupunda “Qarabağ” Bakı olimpiya stadionunda İtaliyanın “Roma” klubunu qəbul etdi. Allsport.az saytı xəbər verir ki, Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması Qurban Qurbanovun komandasının güclü azarkeş dəstəyinin olacağından xəbər verdi.
Matçın ehtimal qalib tərəfi qonaqlar sayıldı və hesab gücə görə oldu. Ağdam klubu “Çelsi” ilə səfər oyunundan fərqli, “canavarlar”a layiqli müqavimət göstərsə də, yekunda 1:2 uduzdu. Bizdən qolu Pedro Enrike vurdu və bu yarışda fərqlənən ilk futboloçumuz kimi tarizə düşdü.

Həmin kateqoriyadan