- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çempionlar Liqasının və Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşlərindən sonra, qitənin futbol klublarının yeni reytinq cədvəli açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan klublarından da 7-si bu siyahıda yer alıb.
Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Ağdam klubu 14.125 xalla 116-cıdır. Avrokuboklarda mübarizəni davam etdirən digər təmsilçimiz – “Qəbələ” isə 6.375 xalla 199-cu pillədə qərarlaşıb.
Klublarımızın rəqiblərinə gəlincə, “Qarabağ”ın avqustun 2-də Bakıda qəbul edəcəyi (ilk oyun 0:0) Çexiya “Viktoriya”sı 36.175 xalla 48-cidir. “Qəbələ”nin avqustun 4-də qarşılaşacağı (ilk oyun 1:1) Fransanın “Lill” klubu isə 19.749 xalla 86-cıdır.
Azərbaycanın digər klublarına gəlincə, “Neftçi” (9.375) 156-cı, “İnter” (5.625) 217-ci, “Xəzər Lənkəran” (4.125) 284-cü, “Kəpəz” (3.625) 309-cu, “Bakı” (3.375) 318-cidir.