- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qarabağ”, ölkə çempionatları tarixində özünün ən böyük hesablı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 23-cü turda “Şamaxı”nı 8:0 məğlub edib.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 olub. “Köhlən atlar” 1995/96 mövsümündə “Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə “Ədliyyə”ni bu hesabla yeniblər.
“Qarabağ” həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.