- Baxış sayı: 4
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə xeyli oyunçusunun xidmətindən məhrum olan “Qarabağ” məşqlərini davam etdirir.
Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Yığmaya dəvət alan 14 futbolçunun yoxluğunda, əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıqda iştirak edir.
“Köhlən atlılar” oktyabrın 7-də “Azərsun arena”da “Sumqayıt”la yoxlama oyunu keçirəcək. Görüş saat 16:30-da başlayacaq.