- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın 2 futbolçusu konfrans liqasının qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.
Allsport.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk “3-lük”də qərarlaşıb. 28 yaşlı arxa xətt oyunçusu Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldikləri görüşdə 79 dəqiq ötürmə müəllifi olub. O, bu göstərici ilə yalnız İsrailin “Makkabi” (Təl-Əviv) klubunun futbolçusu Luis Ernandesdən (99) geri qalıb.
Bundan başqa, təcrübəli müdafiəçi oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. Medina bu göstərici üzrə 2-dir.
Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə “Kayrat”la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb ki, bu da onun ən yaxşı 6 futbolçu arasında yer almasına səbəb olub.