- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Konfrans liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.
Allsport.az xəbər verir ki, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ”ın futbolçuları da yer alıb.
Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib. Hər iki futbolçu konfrans liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.
“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.
Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.