- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXI turunda baş verənlər müzakirə olunub.
Komitə xoşagəlməz hadisələrlə bağlı qərar verib. “Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqları 700 manat cərimələnib. Matçın 66-cı dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alan Maksim Medvedev 1 oyun cəzalanıb və klubunu 500 manat ziyana salıb.
“Sabah” – “Turan Tovuz” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Qonaq azarkeşlərin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılanmasına qərar verilib.