- Baxış sayı: 17
- 25 Noyabr 2024 19:21
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
«Qarabağ»ın ispaniyalı legionçusu Dani Kintana ölkəmizdə xoşbəxt olduğunu etiraf edib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan mətbəxindən də razı qaldığını deyib:
“Burada çox xoşbəxtəm. Həmçinin həyat yoldaşım da mənimlə birlikdə Azərbaycanda yaşamaqdan məmnundur. Çox asanlıqlıa burda nə istəyiriksə, edirik. Biz bilirik ki, fərqli mədəniyyətə malik ölkədəyik. Amma heç kimlə indiyə qədər problem yaşamamışıq.
Azərbaycanda insanların bir xasiyyəti var. Sən onlara hörmət etdinsə, 5 qatını sənə edəcklər. Bakı gözəl şəhərdir. Gəzmək üçün çox yerlər var. Bulvar, “Tarqovı” və s. yerlərdə vaxt keçiririk. Həm də əyləncəli olur. Buranın müxtəlif yeməklərini yedim.
Hamısını xoşladım. Mənim belə bir xüsusiyyətim var ki, hansı ölkəyə gedirəmsə, oranın yeməklərinə öyrəşirəm. Azərbaycan da bu cəhətdən mənim üçün fərqlənmir. Amma müəyyən seçim edəcəyəm. Daha doğrusu, aşpazlar yeməklərimə diqqət etməyi tapşırırlar”.