- Baxış sayı: 19
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Neftçi” ilə oyundan söz açıb. Allsport.az saytı xəbər verir ki, 36 yaşlı müdafiəçi görüşün bərabər keçdiyini söyləyib: “Fikrimcə, azarkeşlər üçün maraqlı, sürətli qarşılaşma oldu. Qış fasiləsindən sonra ilk oyun olsa da, hər iki tərəf keyfiyyətli oyun göstərməyə çalışdı. Baxımlı matç oldu. İstəyirdik ki, qələbə qazanan tərəf biz olaq. 3 xallıq fərqi aradan qaldırmaq istəyirdik, ancaq alınmadı. Bəlkə də “Neftçi”nin istədiyi nəticə oldu.
Oyun elə gedirdi ki, həm uda, həm də uduza bilərdik. İkinci hissədə açıq oyun getdi. Qol imkanlarımız oldu. İkinci hissədə “Neftçi”dən Dabonun qol epizodu oldu. Biz də bir neçə şans yaratdıq. Bəzən olur ki, hər qol epizodunu dəyərləndirə bilmirsən.
Oyuna çox yaxşı başlamışdıq. Bu cür buraxdığımız ucuz qol bizə psixoloji cəhətdən təsir etdi. İkinci hissədə açıq oyun oldu. “Neftçi” əks-hücumlarda oynadı. Rəqib azlıqda qalandan sonra üstünlük tam bizdə oldu. “Neftçi” üç xal bizdən üstündür və bu, onlara psixoloji üstünlük verir”.