- Baxış sayı: 9
- 01 Aprel 2026 12:24
- Baxış sayı: 800
- Mart 30, 2026
- 0

“Biz yalnız belə bir çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızı azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın kapitanı Maksim Medvedev qitə liqasının pley-offunda Polşada “Legiya”ya 3:0 qalib gəldikdən oyundan sonra, əsgər salamı vermələri barədə “Royter”ə deyib. O, komandasının tezliklə doğma meydanda məskunlaşacağına inandığını bildirib:
“Gün gələcək, “Qarabağ” rəsmi olaraq doğma yurduna köçəcək. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazsınız. İnsanlar hasarların üstünə çıxıb və oyuna oradan baxırdılar. “Qarabağ”ın azarkeş bazası ümummilli xarakter daşıyır. Çempionlar liqasında qrupa düşən ilk yerli klubdur. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir”.