- Baxış sayı: 0
- 30 Mart 2026 11:12
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Avropa liqasının “G” qrupunun 4-cü turunda “Olimpiakos” ilə Bakıdakı matçda (0:0) zədələnən Kadi Borgesin durumuna aydınlıq gəlib.
Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində qüsur aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib.
Kadi 7-10 gün müddətində bərpa olunacaq.