- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi komanda səfərdə İtaliya ilə üz-üzə gəlib.
“G” qrupu çərçivəsində baş tutan oyun qonaqların məğlubiyyəti ilə başa çatıb – 0:2. Albaniya seçməsiinin kapitanı matça start heyətində başlayıb və sonadək meydanda olub. O, 24-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Qarabağ”ın futbolçusunun komandasının hesabında 2 qələbə var, “dağ qartalları” 6 xalla qrupda 4-cüdür.