- Baxış sayı: 26
- 30 Mart 2026 15:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Romada Avropa klublar birliyininin yarışların təşkili işçi qrupunun növbəti iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda qurumun rəhbəri “Roma” klubunun CEO-su Umberto Qandini, rəhbərin birinci köməkçisi “Real”ın idman direktoru Emilio Butagenyu ilə yanaşı, Azərbaycandan komitələrdə təmsil edilən yeganə nümayəndəmiz – komitənin həm də büro katibi, “Qarabağ”ın baş meneceri Asif Əsgərov iştirak edib.
Yığıncaqda UEFA yarışlarının təşkili, oyunlarının başlama vaxtları və digər məsələlər müzakirə olunub. Martın 27-də isə Avropa Klublar Birliyinin illik ümumi konqresi keçirilib.