FOTO
“Qarabağ”ın oyununda erməni azarkeş təxribat törətməyə çalışıb

“Qarabağ” Avropa liqasının “E” qrupunda İngiltərə paytaxtında “Arsenal”ın qonağı olub. Allsport.az saytı xəbər verir ki, 1:0 meydan sahiblərinin xeyrinə bitən oyununun sonlarında qalmaqal yaşanıb. 90+3-cü dəqiqədə erməni azarkeş əlində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını tutaraq,  futbolçularımızın üzərinə qaçıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir.

Bu üzdən, həmin görüntülər göstərilməyib. Kapitan Rəşad Sadıqov başda olmaqla, bəzi azərbaycanlı futbolçular dərhal həmin azarkeş tərəfə qaçaraq məsələyə müdaxilə etməyə çalışıb. Lakin “Emireyts” stadionunun mühafizəçiləri onların qarşısını alaraq, durumun daha böyüməsinə imkan verməyiblər və təxribatçı azarkeşi dərhal meydandan çıxarıblar.

Görüşdən sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində gəzdiriblər.

Həmin kateqoriyadan