“Qarabağ”ın pley-offda kənarlaşdırdığı rəqibini avrokuboklardan uzaqlaşdırdılar

Hiderland Futbol Federasiyası “Tvente”ni avrokuboklardan 3 illik uzaqlaşdırıb. Allsport.az saytı xəbər verir ki, Enshede klubuna həm də 45 000 avro cərimə kəsilib.

Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, “Tvente” “Doyen Sports” şirkəti ilə əməkdaşlıq etsə də, bu barədə lisenziya komitəsinə xəbər verməyib. Belə olan halda, Hollandiya klubu 2014/15 mövsümündə avrokuboklarda iştirak etmək barədə qanunsuz icazə almış olub.

Xatırladaq ki, ötən mövsüm bu komanda Avropa Liqasında mübarizəyə birbaşa pley-off mərhələsindən başlamışdı. O vaxt bu klub Azərbaycan çempionu “Qarabağ”la üz-üzə gəlmişdi. Bakıdakı oyun 0:0, Enshededəki qarşılaşma isə 1:1 hesabı ilə başa çatdığından, Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə qazanmışdı.

Həmin kateqoriyadan