VİDEO
“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovinanı qələbəyə daşıdı

Yaponiyada beynəlxalq “Kirin Cup” turniri start götürüb. Allsport.az xəbər verir ki, Bosniya və Herseqovina millisi turnirdəki ilk oyununda Danimarka ilə qarşılaşıb. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də bu oyunda bosniyalıların start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Görüşün əsas vaxtı 2:2 hesabıyla başa çatıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün 11-metrlik cərimə zərbələrinə ehtiyac duyulub. Daha dəqiq oynayan bosniyalılar 4:3 hesabıyla qalib gəliblər.

Burada İbrahim Sehiçin penalti seriyasındakı 1 qurtarışı həlledici olub. Həmin oyundan hazırlanmış videoreportajı təqdim edirik:

Həmin kateqoriyadan