- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

Sabah “Qarabağ” Avropa liqasının “E” qrupunda 5-ci turda Portuqaliya “Sportinq” ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda mətbuat konfransında “Qarabağ”ın qapıçısı Hannes Halldorsson öz fikrini bildirib:
“Bu, bizim üçün çox önəmli oyundur. Qalib gəlsək, növbəti mərhələ şansımızı saxlamış olacağıq. Belə möhtəşəm stadionda oynamaq xoşdur. Futbolda hər şey baş verir. Qələbə qazansaq, böyük addım atmış olacağıq. Qarşıda 2 matç var. Yəni, imkanımız da var. Məncə, bu oyunda kimin qəhrəman olması deyil, nəticə önəmlidir”.