- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç premyer liqada 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “İnter”lə 26-cı turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/2014-cü il mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.
O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legionçu qapıçı olub. Onadək yalnız bir əcnəbi kiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. Yeddi mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb. Ümumilikdə, Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.