- Baxış sayı: 19
- 01 Aprel 2026 11:55
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Avropa liqasının “İ” qrupunda “Qarabağ”ın rəqibi “Sivasspor” ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Ərdoğan Yaşılyurd sıradan çıxıb. O, 6-cı turda “Kayserispor”la oyunda (3:1) topuğundan zədələnib.
Futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də bizimkilərlə oyunu buraxacaq. “Köhlən atlar” Türkiyə klubu ilk görüşü noyabrın 5-də səfərdə keçirəcək.