- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 330
- Mart 30, 2026
- 0

“Qarabağ”ın Avropa liqasının “E” qrupunda rəqiblərindən olan “Arsenal” klubu ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, “topçular”ın futbolçusu Məhəmməd Elneni zədələnib. Misirli legionçunun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
“Arsenal”da Elneni ilə birlikdə zədəli futbolçuların sayı 5-ə yüksəlib. İngiltərə klubunun heyətində Hektor Bellerin, Loren Koselni, Konstantinos Mavropanos və Sead Kolasinaç da zədədən əziyyət çəkir.