“Qarabağ”ın rəqibi hansı futbolçularla vidalaşır?

“Qarabağ”ın konfrans liqasının pley-ofunda rəqibi “Marsel” qış transfer pəncərəsində bir neçə aparıcı oyunçu ilə yolunu ayırmağa qərar verib. Allsport.az saytı xəbər verir ki, Fransa kubu qapıçı Stiv Mandanda və hücumçu Arkadiuş Miliki göndərmək niyyətindədir.

Onlar özləri də “Marsel”dən getməyə müsbət yanaşırlar. 36 yaşlı fransalı qolkiperin ehtiyatda qalıb, polşalı forvardın isə İtaliya “Yuventus”unun maraq dairəsinə düşdüb. 

“Qarabağ” rəqiblə ilk oyununu gələn ilin fevralın 17-də səfərdə, cavab matçını 1 həftə sonra Bakıda keçirəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.

Həmin kateqoriyadan