- Baxış sayı: 38
- 30 Mart 2026 21:25
- Baxış sayı: 366
- Mart 30, 2026
- 0

Konfrans liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Omoniya”da zədəli futbolçuların son durumu açıqlanıb.
Allsport.az xəbər verir ki, konfrans liqasının 2-ci turunda məhz Ağdam təmsilçisi ilə ilk matçda (1:4) zədələnən Erik Boteak artıq məşqlərə başlayıb. Fransalı yarımümdafiəçinin Kipr çempionatının 10-cu turunda “Aris”lə görüşə hazır olduğu bildirilib. Beləliklə, o, “Qarabağ”la matçda da iştirak edə biləcək.
Komandanın digər zədəli futbolçuları Yannis Kusulos və qapıçı Fabiano ilə hələ də sağalmayıblar.
Noyabrın 25-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq.