- Baxış sayı: 26
- 16 Dekabr 2025 13:45
- Baxış sayı: 435
- Dekabr 15, 2025
- 0

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye karyerasını Polşanın “Veçista” komandasında davam etdirəcək.
Allsport.az xəbər verir ki, haitili yarımmüdafiəçi Krakov təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. Sözləşmənin müddəti yayda daha 1 il uzadıla bilər.
32 yaşlı oyunçu 4-cü liqa klubunda 96 nömrəli forma altında çıxış edəcək.
Donald Gerye 2017 – 2019-cu illərdə də “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr “Apollon”u olub.