“Qarabağ”ın “Yanq Boyz”la ilk matçını israilli hakimlər idarə edəcək

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrənin “Yanq Boyz” klubu arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, matç israilli hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın baş hakim Alon Yefet olacaq. Ona həmyerliləri Danni Krasikovla Mahmud Mahanya kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ziv Adler yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Yanq Boyz” arasındakı ilk oyun avqustun 20-də Berndə keçiriləcək. Cavab görüşü isə ayın 27-də Bakıda baş tutacaq.

Həmin kateqoriyadan