“Qarabağ”ın yarımmüdafiəçisi Şimali İrlandiya millisi ilə görüşdə oynaya biləcək

Riçard Almeydanın DÇ-2018-in seçmə ələməsində millimizin Şimali İrlandiyaya qarşı oyunda iştirak edib-etməyəcəyi məsələsi bilinib. Allsport.az saytı xəbər verir ki, FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli yarımmüdafiəçinin bizdə oynamaqla bağlı müraciətinə baxıb.
Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib. Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı baş məşqçi Robetr Prosineçkinin nəzərinə çatdırılıb.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından bəri “Qarabağ”da çıxış edir. Bu komandalar arasında matç iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Həmin kateqoriyadan