- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın yeni transferi Marko Veşoviç keçmiş klubu “Legiya” ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Üç il yarımdan sonra “Legiya” ilə vidalaşmağın vaxtı gəldi. Dünyanın ən yaxşı azarkeş qruplarından birinin qarşısında oynamaq şərəf və xoş idi. Yaxşı və pis məqamlar oldu. Bilirsiz ki, Veşoviç bu formada çıxdığı hər oyunda hər şeyini verirdi.
Burada yaxşı dostlarla qarşılaşdım, ailəm paytaxt Varşavaya aşiq oldu. Mən həqiqi “Legiya”lı oldum. Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Klubuma və komanda yoldaşlarıma Avropa arenasında və Polşa çempionatında mübarizədə ən yaxşısını arzu edirəm”.
Veşoviç “Qarabağ”la 2-illik müqavilə imzalayıb. “Legiya”da azərbaycanlı hücumçu Mahir Əmrəli çıxış edir.