- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ” – BATE qarşılaşmasına təyin edilmiş isveçli baş hakim Andreas Ekberqi tərəfsiz adlandırmaq bir qədər çətindir. Allsport.az saytı xəbər verir ki, karyerasına 5 il öncə Avropa liqasının 3-cü mərhələsində komandamızın mübarizədən kənarlaşdırdığı “Gefle” klubunun oyununu idarə etməklə başlayan malmölü (Lund doğumludur. Lund Malmö şəhərinə birləşik, eyni torpaqda kiçik şəhərdir. Bakı və Xırdalan şəhərləri kimi – müəllif) referi İsveç çempionatında bol cərimə zərbələri və göstərdiyi mübahisəli sarı-qırmızı vərəqələrlə məşhurdur. Belə ki, təyin olunduğu Malmö klubunun 3 oyununda həmşəhərlilərinin xeyrinə 3 qırmızı vərəqə göstərən Andreas, rəqib qapısına 3 penati göstərib. Doğma şəhərinin klubuna etdiyi bu köməklik rəqib klublar tərəfindən səs gətirən etirazlara səbəb olub.
Stockholmda idarə etdiyi derbi oyununda (AİK – “Hammarbü”) matçın 80-ci dəqiqəsində təyin etdiyi 11-metrlik cərimə zərbəsinə isə, fitinin harada olduğunu unutduğunu, bunu deyə bilməyəcəyi haqqında qısa açıqlaması şübhələrə son qoymayıb. Əslində, “Hammarbü”nün qapısı qarşısında penaliti epizodu olub. Ekberqin fiti hadisədən əvvəl ağzında olduğuna və rəqib hücümçuya qarşı kobudluq edilmədən əvvəl fitini səsləndirməsi qalmaqallı etirazlara səbəb olub. Həmin epizodda Andreas fitini səsləndirib, penalti nöqtəsini göstərdikdən sonra, AİK-li hucumcu yerə yıxılıb. Hakim isə ilk açıqlamasında, ” fit hər zaman sağ əlimdə olur. Həmin an harada tutduğumu bilmirəm. Həmin epizodda penalti olduğuna əminəm” – deyib.
Görünən odur ki, Qurban Qurbanovun futbolçuları maksimum diqqətli olub hakimin rəngli vərəqələrindən ehtiyyat etməlidir. Zira bu günə qədər 2 İsveç klubunu və “Kopenhagen”i mübarizədən kənarlaşdıran “Qarabağ”, bu tərəf tutan hakim tərəfindən haqqsızdığa məruz qala bilər. Əlavə etməliyik ki, danimarkalılar hakimin doğulduğu torpaqların Danimarkaya məxsus olduğunu və həmin ərazilərin Kopenhagen şəhərinə birləşdirilməsini arzulayırlar. Malmölülər əslində eyni millət olduqlarına görə Kopenhageni simvolik paytaxtları hesab edir. Emeqara isə “Kukesi” matçındakı məharətini təkrarlaya və yenidən komandamızın xeyrinə penaltilər qazana bilər. Xatırladaq ki, bu komandalar arasında ilk oyun avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Mansur Dadaşov, İsveç